“Roma”nın baş məşqçisi Joze Mourinyo PSJ-nin “sükanı arxasına” keçməyə hazırdır.
Newsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, romalılar portuqaliyalı mütəxəssisin getməsinə qarşı deyillər.
Ona görə də, klub rəhbərliyi onu komandada saxlamaq fikrində deyil.
Mourinyonun “Çelsi”yə rəhbərlik etmək istədiyi də bildirilirdi. Lakin London klubunun rəhbərliyi hələ ki, baş məşqçi postunda kimi görmək istədiklərini dəqiqləşdirməyib.
PSJ rəhbərliyi tezliklə baş məşqçi postunda dəyişiklik etməyi düşünür. Komandaya hazırda Kristof Qaltye rəhbərlik edir.