Premyer Liqaya vəsiqə qazanan klub bombardiri saxlayacaq

Azərbaycan birinci liqasının bombardiri olan Orxan Əliyev Premyer Liqa klublarının diqqət mərkəzindədir.

Newsport.az saytına verilən məlumata görə, "Araz Naxçıvan" Əliyevi yeni mövsüm üçün komandada saxlamaq istəyir.

Belə ki, Premyer Liqaya vəsiqəni təmin edən Naxçıvan təmsilçisi Orxanla müqavilə müddətini artırmaq niyyətindədir.

Əldə etdiyimiz məlumata görə, komandanın baş məşqçisi Azər Bağırov Orxanı yeni mövsüm üçün də sərəncamında görmək istəyir. Bunun üçün də ona yeni müqavilə təklif ediləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right