"Bavariya"nın müdafiəçisi Matteys de Liqt Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti"yə 0:3 hesabı ilə uduzduqları ilk oyunu şərh edib.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, o, komandasının geridönüş edəcəyinə inandığını deyib:
“Əlbəttə, bugünkü oyunun nəticəsi cavab matçı öncəsi pisdir. Amma futbolda hər şey ola bilər. Ən əsası birləşmək və oyunu düzgün təhlil etməkdir. İrəliyə baxmalıyıq, çünki qarşıda bizi çox vacib matçlar gözləyir”.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü aprelin 19-u keçiriləcək.