"Mançester Siti"nin hücumçusundan yeni rekord

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland indiyə qədər Premyer Liqada çıxış edən futbolçular arasında yeni rekorda imza atıb.

Newsport.az "Opta"ya istinadən xəbər verir ki, o, komandasının Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Bavariya”nı (3:0) məğlub etdiyi görüşdə üçüncü qolun müəllifi olub.

Bu isə onun davam edən mövsümdə "şəhərlilər"in heyətində 45-ci qolu olub.

Belədə, Haaland Ruud Van Nistelroyun "Mançester Yunayted"in heyətində bütün yarışlarda vurduğu rekordu geridə qoyub. Niderlandlının aktivində 44 qol var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right