21 yaşlılardan ibarət milli komandaların "Avro 2017”nin seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
Newsport.az-ın məlumatına görə, sentyabrın 4-də baş tutacaq Çexiya – Malta oyununu azərbaycanlı azərbacanlı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Rəhim Həsənov olacaq. Ona bu işin icrasında Namiq Hüseynov və Vaqif Musayev köməklik edəcəklər. Qarşılaşmanın IV hakimi Əliyar Ağayev olacaq.