"Barselona" "Atletiko"dan belçikalını transfer etmək istəyir

"Barselona" "Atletiko"nun belçikalı yarımmüdafiəçisi Yannik Ferreyra Karraskonu transfer etməkdə israrlıdır. 

Newsport.az "Relevo"ya istinadən xəbər verir ki, Kataloniya klubu maliyyə feyr-pleyi ilə "Barselona"ya qoyulan məhdudiyyətlərə baxmayaraq, Karrasko ilə müqavilə imzalamaq üçün bir yol tapacağına ümid edir.

Memfis Depayın "Barselona"dan "Atletiko"ya transferi ilə bağlı razılaşmaya əsasən, kataloniyalılar Karraskonu 9 milyon avroya ala bilər. Lakin madridlilər Belçika millisinin üzvünü 18 milyon avroya satmaq istəyir. 

"Barselona" əvvəlcədən razılaşdırılmış 9 milyon avrodan artıq pul ödəmək niyyətində deyil. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right