"Real" İspaniya millisinin üzvünü istəyir

"Leyptsiq"in futbolçusu Dani Olmo karyerasını ölkəsində davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Real" ispaniyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Relevo" nəşri məlumat yayıb. "Kral klubu"nun nümayəndələri 24 yaşlı vinger üçün Almaniya təmsilçisi ilə danışıqlar aparır.

Qeyd edək ki, "Leyptsiq" Dani Olmonu 2020-ci ilin yayında Zaqreb "Dinamo"sundan transfer edib. İspaniya millisinin üzvü cari mövsümdə Bundesliqa klubunun heyətində meydana çıxdığı 23 matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right