Millimizin üzvü qovuldu, komandası 5 qolla uduzdu

Futbol üzrə Cənubi Koreya çempionatında 6-cı turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" səfərdə "Suvon"un qonağı olub. Qarşılaşma ev sahiblərinin 5:3 hesablı qələbəsiylə başa çatıb.

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 24 yaşlı müdafiəçi qarşılaşmaya satart heyətdə başlayıb. O, 76-cı dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

6 turdan sonra 11 xal toplayan "Tecon Xana Sitizen" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right