Premyer Liqaya yüksələn ilk komanda bəlli oldu

Çempionşipdən İngiltərə Premyer Liqasına yüksələn ilk komanda müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu, "Bernli"dir. Vinsent Kompaninin rəhbərlik etdiyi kollektiv 40-cı turda səfərdə "Midlsbro"ya 2:1 hesabı ilə qalib gəlib. Komanda bununla xalını 87-ə yüksəldib və son 7 turunun nəticəsindən asılı olmayaraq yeni mövsümdən Premyer Liqada oynamaq hüququ qazanıb.

Qeyd edək ki, "Bernli" sonuncu dəfə 2021/22 mövsümündə yüksək liqada oynayıb və 18-ci yeri tutaraq aşağı diviziona düşüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right