Zlatan İbrahimoviçin futbolçu karyerası başa çatır. Zədələrdən qurtula bilməyən isveçli forvard daha “Milan”a da lazım deyil.
Newsport.az xəbər verir ki, son İtaliya çempionu Zlatanla daha bir illik yeni müqavilə bağlamaqdan imtina edib. Futbolçunun formasını bərpa edə bilməməsi üzündən onunla yayda bitəcək anlaşma yenilənməyəcək. Əvəzində ona klubda vəzifə təklif olunacaq.
İbrahimoviç bu mövsüm “Milan”ın A Seriyasında keçirdiyi 28 oyunun yalnız 4-də qısa müddət forma geyib. Həmin qarşılaşmalarda komandaya fayda verməyən 41 yaşlı hücumçu özü də vəziyyətin fərqindədir. Zlatan karyerasını bitirməli olması reallığı ilə barışıb.
2020-ci ilin yanvarından “Milan”da oynayan Zlatan qərarını mövsümün sonunda verəcək.