"Əl-Nəsr" futbolçusu Anderson Taliska ilə müqaviləni yeniləyib.
Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı ilə sözləşmə 2024-cü ilə qədər uzadılıb.
Türkiyə çempionatının bir çox klubları hücumçunu heyətinə qatmaq istəsə də, o, Səudiyyə Ərəbistanında qalmağa qərar verib.
Bu mövsüm Taliska bütün mümkün turnirlərdə komanda üçün 18 məhsuldar hərəkət edib.