"Əl-Nəsr"in (Səudiyə Ərəbistanı) baş direktoru Əhməd Əl-Həmdi ötən ilin dekabr ayında məşhur hücumçu Kriştiano Ronaldonu transfer etməklərindən danışıb.
Newsport.az xəbər verir ki, o, bunun mühüm bir addım olduğunu vurğulayıb:
"Kriştiano Ronaldonun transferi tarixi müqavilədir. Bu, aşadığımız böyük intibahın və müdrik rəhbərliyin məhdudiyyətsiz dəstəyinin sübutudur. Bu transfer ələ də bütün dünyada əks-səda verir.
Ronaldonun keçidi Səudiyyə Ərəbistanının xarici imicinə böyük müsbət təsir göstərəcək".
Qeyd edək ki, "Əl-Nəsr" 38 yaşlı hücumçu ilə ötən ilin dekabrında 2 illik müqavilə imzalayıb.