"Çelsi" yeni baş məşqçisini açıqladı

İngiltərənin "Çelsi" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az xəbər verir ki, London təmsilçisini Frenk Lempard çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 45 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

"Çelsi" bir neçə gün öncə Qrep Potteri istefaya göndərmişdi.

Qeyd edək ki, Frenk Lempard 2019-2021-ci illərdə "Çelsi"nin baş məşqçisi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right