Keçmiş klubuna baş məşqçi kimi qayıtdı

İspaniyanın "Espanyol" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az xəbər verir ki, La Liqa təmsilçisini Luis Qarsiya çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2024-cü ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

"Espanyol" bir neçə gün öncə Dieqo Martinesi istefaya göndərmişdi.

Qeyd edək ki, Luis Qarsiya futbolçu karyerası ərzində 2005-2011-ci illərdə "Espanyol"da çıxış edib. O, məşqçi kimi Madridin "İnternasional" klubunu çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right