"Barselona" buna görə cərimələnəcək

“Barselona” azarkeşləri İspaniya kubokunun yarımfinalında “Real”la cavab matçında meydana yad əşyalar atıblar.

Newsport.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu, görüşün 70-ci dəqiqəsindən etibarən başlayıb. Fanatlar meydana alışqan, sikkə və su butulkaları atıblar.

“Real"ın qapısının kənarına azarkeşlər tərəfindən bir neçə alışqan atıldı, heç bir oyunçuya dəymədi. Bununla əlaqədar olaraq, belə hərəkətlərin dayandırılmasının vacibliyini dinamik telefon vasitəsilə bildirmək üçün matça bir neçə dəqiqəlik fasilə verilib.

Oyunun 80-ci dəqiqəsində və "Real"ın qol sevinci zamanı tribunadan meydana 2 yarıdolu su şüşəsi düşdü. 

Daha sonra 3 alışqan və 1 avroluq sikkə "Real" cərimə meydançasına atıldı. Bu əşyalardan biri "Real"ın qapıçısı Tibo Kurtuaya dəydi” - deyə baş hakim Xuan Martinezin hesab vərəqində qeyd olunub.

Bildirilir ki, "Barselona" baş verənlərə görə cərimələnəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right