Kərim Benzema “Nou Kamp”da het-trik etməklə tarixə düşüb

İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kərim Benzema “Barselona”ya qarşı “Nou Kamp” stadionunda het-trikə imza atan 11-ci qonaq futbolçu kimi tarixə düşüb.

Newsport.az-in məlumatına görə, fransalı forvard İspaniya Kubokunun yarımfinal mərhələsində 4:0 hesabı ilə qalib gələrək finala adladıqları cavab qarşılaşmasında buna nail olub.

“Nou Kamp”da ilk dəfə 3 qol vuran futbolçu 1961-ci ildə Luis Araqones olub. Benzema “Real Madrid”in heyətində bunu bacaran ikinci oyunçudur. Ona qədər sonuncu dəfə 1963-cü ildə Ferens Puşkaş əzəli rəqibi səfərdə 3 dəfə mərkəzə dəvət edib.

“Nou Kamp”da pokerə imza atan yeganə rəqib futbolçu isə Milinko Pantiçdir. Bu, 1997-ci ilə təsadüf edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right