Ten Haq: "Mançester Yunayted bu futbolçuların yeri deyil"

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İkomandasının durumu barədə danışıb.

Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o meydanda əlindən gələni etməyən oyunçularını tənqid edib:

“Oyunçular kifayət qədər ehtiras və istək nümayiş etdirirlərmi? Əgər bunu edə bilmirlərsə, deməli "Mançester Yunayted" onların yeri deyil. Mən də bilirəm ki, insanlar robot deyillər. Amma biz robotlar, maşınlar kimi hərəkət etməliyik. Futbolçularımızdan standartlara cavab vermələrini tələb etməliyik. Ona görə də yaxşı oynamayanda əsəbləşirik, çünki bu, bizim işimizdir".

Qeyd edək ki, "Mançester Yunayted" hazırda yerli çempionatın turnir cədvəlində 50 xalla 5-cidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right