Millətlər Liqasının formatı dəyişdirilə bilər

Azərbaycan millisinin də iştirak etdiyi Millətlər Liqasının formatı dəyişdirilə bilər. Newsport.az saytı xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin açıqlayıb.
 
Qurumun rəhbəri bildirib ki, müasir dövrə ayaqlaşmaq üçün tez-tez dəyişikliklər etməli olurlar. O, 2024-cü ildən etibarən daha bir neçə turnirin, o cümlədən Millətlər Liqasının formatında dəyişiklik olacağını istisna etməyib.
 
56 yaşlı funksioner bu turnirdə seçmə mərhələ yarışlarının təşkilini müzakirə edəcəklərini söyləyib.
 
Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasının C liqasında mübarizə aparır.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right