Qarşıdan gələn yay transfer pəncərəsində "Liverpul"un bir neçə futbolçusu komandanı tərk edəcək.
Newsport.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Yarımmüdafiəçilər Nabi Keyta və Aleks Oksleyd-Çemberlen yayda azad agent kimi "mersisaydlılar"dan gedəcəklər. Bildirilir ki, bu barədə qərar hələ ötən ilin noyabr ayında verilib.
Bundan əlavə, "Yuventus"dan icarəyə götürülmüş Artur da "Liverpul"dan ayrılacaq .
Qeyd olunur ki, Keytaya bir neçə təklif gəlib. O, 2018-ci ildən, Çemberlen isə 2017-ci ildən "Liverpul"da oynayırlar. Onlar bu mövsüm komandanın heyətində 13 oyuna çıxıblar.