UEFA "Barselona"nın ÇL-dəki taleyi ilə bağlı qərarı iyuna qədər vermək istəyir

UEFA iyuna qədər "Barselona"nın Çempionlar Liqasının 2023/24 mövsümündə iştirakı ilə bağlı qərar qəbul etməyi planlaşdırır.

Newsport.az  "Marca"ya istinadən xəbər verir ki, qurum etika komitəsinin müstəntiqləri Jan-Samuel Leuba və Mirjan Kollerin Kataloniya klubuna qarşı korrupsiya işi ilə bağlı tez araşdırma aparmasını istəyir. UEFA prosesi uzatmaq istəmir. Çünki “Barselona”  prosesi təxirə salmaq və növbəti Çempionlar Liqasında iştirak etmək üçün əvvəlcə UEFA Apellyasiya Məhkəməsinə, sonra isə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər.

Bundan əvvəl UEFA "Barselona"nın Hakimlər Komitəsinin vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya pul ödəməsi ilə bağlı korrupsiya qalmaqalı ilə bağlı araşdırmaya başladığını elan edib. La Liqanın Kataloniya klubu ilə bağlı FİFA-ya şikayət göndərə biləcəyi də yazılırdı. "Barselona"nın ÇL-dən və La Liqadan uzaqlaşdırıla biləcəyi vurğulanır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right