Qaltyenin gələcəyi 2 oyundan asılıdır

PSJ baş məşqçisi Kristof Qaltyeni istefaya göndərə bilər.

Newsport.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. Bildirilib ki, Paris təmsilçisi şənbə günün "Nitsa" ilə, gələn həftə "Lans"la qarşılaşacaq. Qaltyenin PSJ-nin baş məşqçisi kimi qısamüddətli gələcəyi bu oyunların nəticəsindən asılı olacaq. Liqa çempionluğu təhlükə altında olarsa, mütəxəssis qovulacaq.

Qeyd edək ki, PSJ hazırda 66 xalla 1-ci, "Lans" 60 xalla 2-ci, "Marsel" 60 xalla 3-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right