"El-Klassiko"ya itkilərlə çıxacaqlar

"Barselona" İspaniya kubokunun yarımfinalında "Real" ilə matça itkilərlə çıxacaq.

Newsport.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Klubun məşqçilər korpusu müdafiəçi Andreas Kristensen, yarımmüdafiəçilər Pedri və Frenkie de Yonq və cinah oyunçusu Usman Dembeleni "El-Klassiko"da istifadə edə bilməyəcək.

Onların hamısı oyunöncəsi məşqi buraxıblar.

"Real"dan isə yalnız müdafiəçi Ferlan Mendi oynaya bilməyəcək.

Qeyd edək ki, sabah "Kamp Nou"da keçiriləcək “Barselona” və “Real” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk oyun kataloniyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right