Messi PSJ-dən ayrılır

Lionel Messi PSJ-dən ayrılmağa yaxındır. Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi ilə argentinalı futbolçu ortaq məxrəcə gələ bilmir. 
 
Bir müddət əvvəl tərəflər arasında yeni müqavilə ilə bağlı razılığın əldə oluna biləcəyi gözlənilirdi. 2022-ci il Dünya Kuboku zamanı Leonun atası Xorxe Messi və PSJ-nin prezidenti Nasser Əl-Xelayfi hücumçunun ən azı bir il klubda qalacağına qərar vermişdilər. Ancaq indi hər şey Messinin PSJ-də gələcəyinin olmadığını göstərir.
 
Tərəflər argentinalının yeni müqaviləsinin şərtləri ilə bağlı razılığa gələ bilməyib. Danışıqlar hələ də davam edir, lakin bütün əlamətlər onu göstərir ki, yeni sazişin imzalanması şansı aşağı düşür.
 
“Barselona”da isə Messinin qayıdacağına inam artır. Qayıdış “Barsa”nın çətin maliyyə durumu səbəbindən baş tutmasa, o zaman Lionel gələn mövsüm Çempionlar Liqasında oynamaq istədiyi üçün PSJ-də qala bilər. 
 
Argentinalı 2021-ci ilin yayında azad agent kimi PSJ-yə keçib. Bu mövsüm klubda bütün turnirlərdə 33 oyunda 18 qol vurub və 17 məhsuldar ötürmə edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right