“Bayer”in sağ cinah müdafiəçisi Ceremi Frimponq iş yerini dəyişə bilər. Onunla “Mançester Yunayted” maraqlanır.
Newsport.az xəbər verir ki, İngiltərə klubunun nümayəndələri artıq futbolçu ilə danışıqlara başlayıb. Mankunianların təklifi qaneedici olarsa, Frimponq yayda klub dəyişməyin əleyhinə deyil. Şəxsi müqavilə ilə bağlı razılıq əldə olunduqdan sonra “Mançester Yunayted” leverkuzenlilərə rəsmi təklif göndərəcək. Baş məşqçi Erik Ten Haqın israrla istədiyi 22 yaşlı oyunçu ilə danışıqların ilk mərhələsi uğurla bitib. Qana əsilli niderlandlı indi klubun cavabını gözləyir.
“Bayer” 2021-ci ildə “Seltik”dən 11 milyon avroya aldığı futbolçu üçün bunun üç qatını istəyir. İngilislər isə almanları 25 milyona avroya razı salacaqlarına ümidlidir. Onlar mövsüm yekunlaşan kimi rəsmi müraciət edəcək.