0:6-dan sonra istefaya göndərildi

"Valyadolid" baş məşqçisi Xose Roxo Martini (Paçeta) istefaya göndərib.

Newsport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Komandanın dünən La Liqada "Real"a 0:6 hesablı məğlubiyyətindən sonra bu qərar verilib.

Qeyd edək ki, X.R.Martin 2021-ci ilin iyunundan "Valyadolid"i çalışdırırdı. Onun rəhbərliyi altında komanda keçirdiyi 75 görüşdə 13 heç-heçə edib, 26 məğlubiyyət görüb, 36 qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right