İtaliya futbolunda qeyri-adi hadisə baş verib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya 9-cu divizionunun “Soker Stornara” – “Askoli Satriano” matçının (5:2) 70-ci dəqiqəsində meydan sahiblərindən 72 yaşlı futbolçu Sebastiano Posillipo “51” nömrə ilə oyuna daxil olub. Oyun nömrəsi onun anadan olduğu il - 1951-ci ilə işarədir.
Daha bir maraqlı fakt Posilliponun "Soker Stornara"nın prezidenti olmasıdır.