“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Lester”dən Brendan Rocers və “Çelsi”dən Qrem Potterin qovulmasına münasibət bildirib. Newsport.az xəbər verir ki, almaniyalı çalışdırıcı onları fantastik mütəxəssis adlandırıb: “Rocers və Potter fantastik məşqçilərdir. İşlər səhv gedə bilər”.
Özünə gəlincə, Klopp mövsümün komandası üçün yaxşı getmədiyi ilə razıdır: “Başa düşürəm ki, bu mövsüm yox, keçmişdəki nəticə sayəsində işləməyə davam edirəm. Biz hər şeyi başa düşməliyik”.