Burak Yılmazdan gözlənilməz qərar

Türkiyə millisinin sabiq üzvü Burak Yılmaz Niderlandın "Fortuna Sittard" klubu ilə vidalaşıb.

Newsport.az xəbər verir ki, 37 yaşlı hücumçu ölkə çempionatında dünən keçirilən "Groningen"lə matçdan (3:1) bir neçə saat sonra "İnstaqram" hesabında vida mesajı yayımlayıb: "Dəyərli "Fortuna Sittard" ailəsi və möhtəşəm azarkeşləri. Sizin üçün oynamaq böyük şərəf idi. Hər şey üçün təşəkkür edirəm. Daha yaxşı və uğurlu illər arzulayıram".

Klubun skaut rəhbəri Sjoerd Ars B.Yılmazın vida mesajına təəccübləndiyini bildirib:"Biz də təəccübləndik, matçdakı vacib qələbə onu xeyli rahatlaşdırdı. Ola bilsin ki, bu, səhv tərcümədir, onun ingilis dili o qədər də səlis deyil. Ya da ictimaiyyətlə ünsiyyətdən narahatdır. Nə olduğunu dəqiq bilmirəm. Bazar ertəsi  dəqiq nə baş verdiyini öyrənəcəyik".

Qeyd edək ki, B.Yılmaz "Groningen"ə qarşı matçın son dəqiqələrində azarkeşlər tərəfindən fitə basılmışdı. Oyun başa çatan kimi futbolçu birbaşa paltardəyişmə otağına yollanmışdı.

Xatırladaq ki, B.Yılmaz ötən ilin iyununda "Fortuna Sittard"la 5 illik müqavilə imzalayıb. O, bu mövsüm 9 qol vurub, 5 qolun ötürməsini verib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right