Nigeriyalı futbolçu üçün 150 milyon avro istəyirlər

PSJ “Napoli”nin hücumçusu Viktor Osimhenlə maraqlanır.

Newsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, yay transfer pəncərəsində nigeriyalı futbolçunun keçidini rəsmiləşdirmək Paris klubu üçün əsas hədəf olaraq müəyyənləşib.

Liqa 1 təmsilçisi futbolçuya illik 10 milyon avro maaşla 5 illik müqavilə təklif etməyə hazırdır. “Napoli” isə forvardı üçün 150 milyon avro istəyir.

Osimhen 2022/23 mövsümündə Neapol klubunun heyətində bütün turnirlər daxil olmaqla 29 oyuna çıxıb, 25 qol vurub və 5 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right