Azərbaycanlı futbolçudan 1 qol, 1 məhsuldar ötürmə

Futbol üzrə Latviya çempionatında 3-cü turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin formasını geyindiyi “Dauqavpils” doğma meydanda “Super Nova” ilə qarşılaşıb. Matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ramin Nəsirli görüşə start heyətdə başlayıb və 89-cu dəqiqədə əvəzlənib. O, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Nazim isə 89-cu dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right