İslandiya millisində baş məşqçi Arnar Vidarssonla yollar ayrılıb.
Newsport.az-ın məlumatına görə, bu barədə yerli futbol assosoiasiyasının mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssis istefaya göndərilib.
Arnar 2020-ci ilin dekabrından milli komandanın baş məşqçisi idi.
İslandiya yığması onun rəhbərliyi ilə bir neçə gün əvvəl AÇ-2024-ün seçmə mərhələsində səfərdə Lixtenşteyni darmadağın edib – 7:0.