Daha bir futbolçu zorlamada ittiham olunur

Argentina millisinin müdafiəçisi Qonsalo Montiel bir qrup şəxslə birlikdə zorlamada ittiham olunur.

Newsport.az xəbər verir ki, martın 30-da Argentinada ağırlaşdırılmış cinsi təcavüz iddiası ilə bağlı şikayət qeydə alınıb.

Bəyanata görə, qanunsuz hərəkətlərdə mümkün müttəhimlərdən biri də Montieldir.

Qeyd olunur ki, hadisə 2019-cu il yanvarın 1-də, futbolçunun ad günündə, yaşadığı evdə baş verib. Zorakılığın qurbanı Montiellə münasibətdə olan yerli model olub. Vəkilin sözlərinə görə, o, Montielin anası da daxil olmaqla, oyunçunun ətrafı tərəfindən hədələr alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right