"Beşiktaş" derbidə dəstəksiz qalacaq

"Fənərbaxça" Türkiyə Super Liqasının 27-ci turunda doğma meydanda "Beşiktaş"ı qəbul edəcək.

Newsport.az xəbər verir ki, qonaq komanda İstanbul derbisində dəstəksiz qalacaq. İstanbul Valiliyinin Təhlükəsizlik Şurasının qərarına əsasən, "qara qartallar"ın azarkeşləri stadiona buraxılmayacaq. Qonaq fanatlar üçün nəzərdə tutulmuş tribunanın biletləri də "sarı-lacivərtlilər"in azarkeşlərinə satılacaq.

Qeyd edək ki, "Fənərbaxça" - "Beşiktaş" görüşü 2 aprel tarixində Bakı vaxtı saat 21:30-da baş tutacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right