"Qalatasaray" Azərbaycanda daha bir yoldaşlıq oyunu keçirəcək!

"Qalatasaray"ının prezidenti Dursun Özbek klub tərəfindən təşkil olunan iftar süfrəsində komandasının Qarabağda oynamasını istədiyini dilə gətirib. 

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, funksioner Bakıdakı "Qalatasaray" - "Qarabağ" xeyriyyə matçı ilə bağlı da danışıb. O, matç zamanı Prezident İlham Əliyevə Qarabağda matç təşkil etmək istədiklərini bildirdiyini açıqlayıb:

"Tahir Gözələ ("Qarabağ"ın prezidenti) dedim ki, iki komanda arasında iş birliyi inkişaf etdirilməlidir. Edə biləcəyimiz çox şey var. Cənab Əliyevdən nə olursa, olsun, Qarabağda meydançanın düzəldilməsi və orada matç keçirmək istədiyimizi dedik. Mən "Qalatasaray"ı oraya gətirmək istəyirəm. Qarabağdan oynamaq istəyirəm. Çox anlamlıdır. Özü də bu tələbimlə bağlı təlimatlarını verdi. Böyük ehtimalla daha bir hazırlıq matçımızı da Qarabağda oynayacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right