Dursun Özbek: "Azərbaycanın 80 faizi "Qalatasaray"lıdır"

"Qalatasaray"ın prezidenti Dursun Özbek Azərbaycanda komandasına olan maraqdan danışıb.

Newsport.az xəbər verir ki, dünən klubun idarəçiləri və iş adamları üçün təşkil olunan iftar məclisində çıxış edən D.Özbek bildirib ki,"Qarabağ"da keçirilən xeyriyyə matçının önəmi böyük olub: "Azərbaycanın 80 faizi "Qalatasaray"lıdır. 65 minlik stadionda 62 min 500 tamaşaçı vardı. Əksəriyyəti "Qalatasaray"a azarkeşlik edirdi. Cənab Prezident İlham Əliyevin və xanımının matçda iştirak etməsi oyuna ayrıca gözəllik bəxş etdi. Özü ilə görüşmək fürsətim də oldu".

Xatırladaq ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçirilən "Qarabağ" - "Qalatasaray" xeyriyyə oyunu İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right