La Liqa Qavini 30 nömrə ilə qeydə aldı

İspaniya La Liqası kataloniyalı “Barselona”nın yarımmüdafiəçisi Qavini köhnə nömrəsi ilə rəsmi olaraq qeydiyyatdan keçirib. 

Newsport.az xəbər verir ki, bu barədə məlumat turnirin rəsmi saytında yer alıb. 2022-ci ilin sentyabrında yeni müqavilə imzaladıqdan sonra 6 nömrəli formanı geyinməyə başlayan 18 yaşlı futbolçu yenidən 30 nömrəyə qayıdıb.

Xatırladaq ki, La Liqa Qavinin "Barselona" ilə yeni müqavilə bağlamasına etiraz etmişdi. Klubun belə bir müqavilə üçün maliyyə imkanlarının olmadığını nəzərə alaraq belə addım atmışdı. Bundan sonra Qavi Kataloniya təmsilçisinin əsas heyətindən kənarlaşdırılıb.

Qavi ötən mövsümdən “Barselona”nın əsas komandasında çıxış edir. Yarımmüdafiəçi bu mövsüm 37 matçda 2 qol vurub, 5 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right