"Mançester Siti"nin sabiq üzvü ölkəmizə nə vaxt gələcək?

"Turan Tovuz" Roderik Millerdən sonra daha bir futbolçunun transferinə hazırlaşır.

Newsport.az saytının məlumatına görə, Tovuz təmsilçisi Divine Nahla müqavilə imzalamaq istəyir.

Əslində, rəhbərliklə futbolçunun danışıqları müsbət yekunlaşıb. Maliyyə məsələsində də razılıq əldə edilib. Amma hazırda Danimarkada yaşayan afrikalının ölkəmizə gəlməsi üçün sənəd məsələləri yoluna qoyulmalıdır. Hələ ki, onun nə zaman ölkəmizə gələcəyi bəlli deyil.

Xatırladaq ki, qanalı futbolçu “Stromsqodset”, “NAK Breda”, “Nordşalland”, “Örebro”, “Tubize”, “Hapoel Raana”, “Mosta”, “Kauno Jalqris” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right