Martines “Barselona” ilə razılaşdı

“Atletik”in müdafiəçisi İniqo Martines yeni mövsümə “Barselona”da başlayacaq. İspaniya nəhənginin xeyli müddəti maraqlandığı futbolçu klubunu dəyişməyə razılıq verib.

Newsport.az xəbər verir ki, tərəflər 2025-ci ilin yayında bitəcək müqavilə bağlamağa razılaşıb. Hazırda son detalların razılaşdırılması qalıb. Futbolçu ikiillik anlaşmaya görə 18 milyon avro qazanacaq.

“Real Sosyedad” yetirməsi olan 31 yaşlı futbolçu 2018-ci ilin yanvarından Bilbao klubundadır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right