Arda Turan: "Avro-2024-ə gedəcəyimizə inanıram"

Arda Turan Türkiyə millisinin Avro-2024-ün seçmə mərhələsində Xorvatiyaya 0:2 hesabı ilə uduzduğu oyundan sonra fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, Türkiyə yığmasının sabiq üzvü ölkəsinin millisinin əlindən gələni etdiyini deyib: "Matçın əvvəlində bir çox qol epizodlarını qaçırdıq. Qol vursaydıq, fərqli olardı. Avro-2024-ə gedəcəyimizə inanıram. Vacib olan bu anlarda birlikdə ayağa qalxmaqdır. Komandanın heyətində bacarıqlı, keyfiyyətli oyunçular var. Ümid edirəm ki, bizi Avropa çempionatına aparacaqlar".

Qeyd edək ki, A.Turan sözügedən görüşdən əvvəl Türkiyə millisində 100 oyun keçirən futbolçu kimi UEFA tərəfindən mükafatlandırılıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right