Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi istefa verdi

Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Herve Renar istefa verib. 

Newsport.az xəbər verir ki, bu barədə "France-Presse" məlumat yayıb.Bildirilib ki,  mütəxəssis Fransanın qadınlardan ibarət yığmasına baş məşqçi təyin olunmağa yaxındır.

Qeyd edək ki, H.Renar 2019-cu ildən Səudiyyə Ərəbistanı millisini çalışdırırdı. Onun rəhbərliyi altında səudiyyəlilər DÇ-2022-də iştirak edərək, qrup mərhələsində çempion Argentinaya qalib gəlib (2:1), Polşaya (0:2) və Meksikaya (1:2) uduzublar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right