Cerrardan etiraf: “O, topla məndən daha yaxşı oynayır”

Liverpul”un keçmiş futbolçusu Stiven Cerrard Çud Bellingem haqda danışıb.

Newsport.az saytının məlumatına görə, o, İngiltərə millisinin AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Ukrayna (2:0) ilə oyunundan sonra ingiltərəli oyunçu barədə belə deyib:

“Bellingem gənc olmasına baxmayaraq, artıq çox şeyə nail olub. Düzgün istiqamətdə hərəkət edir. O, topla məndən daha yaxşı oynayır. Həqiqətən, bunu təvazökarlıq naminə demirəm. Məni səhv başa düşməyin: mən yaxşı karyeraya sahibəm. O, bu tempdə işləməyə davam edərsə, istədiyi hər şeyə nail olacaq”.

Bellingem cari mövsümdə “Borussiya”nın (Dortmund) heyətində 34 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla sözləşməsi 2025-ci ilin yayında başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right