Messi və Neymarın qiyməti azalıb

"Transfermarkt" portalı Fransa Liqa 1 klublarının oyunçularının satış qiymətlərini yeniləyib.

Newsport.az xəbər verir ki, PSJ-nin ulduz hücumçuları Lionel Messi və Neymarın da yeni dəyəri müəyyənləşib.  

Argentinalı və braziliyalı futbolçuların hər birinin qiyməti 5 milyon avro azalıb. Messinin yeni qiyməti 45 milyon avro, Neymar isə 70 milyon avrodur.

35 yaşlı Messi bu mövsüm PSJ-nin heyətində 32 oyuna çıxıb, 18 qol vurub, 17 qolun ötürməsini verib. Argentinalının parislilərlə müqaviləsi bu il iyunun sonunda başa çatır.

31 yaşlı Neymarın hesabına 29 görüşdə 18 qol və 17 qol ötürməsi var. Braziliyalı ciddi zədə alıb və bu səbəbdən cari mövsümdə daha meydana çıxmayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right