"Fənərbaxça" "Zenit"lə əməkdaşlığa başladı

Rusiyanın "Zenit"  və Türkiyənin "Fənərbaxça" klubları əməkdaşlıq müqaviləsi bağlayıb.

Newsport.az xəbər verir ki, bu barədə Sankt-Peterburq təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Klublar arasındakı müqavilə iki illikdir. Sözləşməyə əsasən, klubların kişi və qadın komandaları, həmçinin basketbol komandaları arasında əməkdaşlıq nəzərdə tutulub.

Bundan başqa, yoldaşlıq görüşlərinin təşkili, məşq proqramlarının yaradılması və klubların müxtəlif departamentləri arasında təcrübə mübadiləsi planlaşdırılır.

Klublar arasında müqavilə İstanbulda keçirilən "Zenit" - "Fənərbaxça" xeyriyyə oyunundan (2:2) sonra imzalanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right