İstanbul klubunun yeni baş məşqçisi bəlli oldu

Türkiyənin "Kasımpaşa" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisini Kemal Özdeş çalışdıracaq. Bu barədə "A Spor" məlumat yayıb. 52 yaşlı mütəxəssis 2016-2018 və 2019-cu ildə də İstanbul təmsilçisinə rəhbərlik edib.

Qeyd edək ki, "Kasımpaşa" bir neçə gün əvvəl Selçuk İnanı istefaya göndərib. Komanda 26 turdan sonra 26 xal toplayıb və Super Liqada turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right