Keyn bunu bacaran ilk ingilis futbolçudur

Aveo-2024-ün seçmə mərhələsində ötən gecə Ukrayna ilə keçirilən oyun İngiltərə millisinin kapitanı Harri Keyn üçün əlamətdar olub.
 
Newsport.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, görüşdə hesabı açan "Tottenhem"in hücumçusu beynəlxalq yarışlarda vurduğu qolların sayını 100-ə çatdırıb. 30 yaşlı futbolçu 100 qol həddinə çatan ilk ingilis oyunçu olub. Keyn bu qolların 55-ni yığmada, 45-nə isə klubunda vurub.

Xatırladaq ki, Keyn Avro-2024-ün seçmə mərhələsinin ilk turunda İtaliya ilə matçda (2:1) millidə 54-cü qolunu vurmaqla Ueyn Runini qabaqlayaraq yığmanın ən yaxşı bombardiri olmuşdu.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right