"Beşiktaş" milli üzvünün müqaviləsini uzadacaq

Türkiyənin "Beşiktaş" klubu qapıçısı Mert Günokla yola davam etmək istəyir.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi 34 yaşlı qolkiperə yeni müqavilə təklif edəcək. "Qara qartallar" Türkiyə millisinin üzvünün 2024-cü ilin yayında başa çatan sözləşməsini daha 2 il uzatmaq istəyir.

Qeyd edək ki, "Beşiktaş" Mert Günoku 2021-ci ilin yayında "Başakşehir"dən transfer edib. Təcrübəli "əlcək sahibi" cari mövsümdə komandanın heyətində 15 matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right