Zinəddin Zidan "Real Madrid"ə qayıtmaq üçün iki şərt irəli sürüb

Fransalı baş məşqçi Zinəddin Zidan İspaniyanın "Real Madrid" klubuna qayıtmağa hazırdır.

Newsport.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis bunun üçün iki şərt irəli sürüb.

Zidan Qreqori Düponun köməkçisi olmasını istəyir.

O, paytaxt təmsilçisinin yayda yollarını ayırmağı planlaşdırdığı Eden Azarı da komandasında görmək niyyətindədir.

"Kral klubu"nun mövsümün sonunda Karlo Ançelotti ilə vidalaşmaq istədiyi bildirilib.

Qeyd edək ki, Zinəddin Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real Madrid"də işləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right