Okan Buruk: "Bundan sonra "Qarabağ"la olan dostluğumuz davam edəcək"

"Qalatasaray" yoldaşlıq oyununda Bakıda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib.

Newsport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk jurnalistlərin suallarını cavablandırıb:

- Buraya gəldiyimizə, bu stadionda azərbaycanlı qardaşlarımızla birlikdə olduğumuz üçün çox şadıq. Bu şəhərdə möhtəşəm şəkildə qarşılandıq. Evimizə gəlmiş kimi hiss etdik özümüzü. Bu axşamın əsas məqsədi Türkiyədəki zəlzələ qurbanlarına yardım etmək idi. İkincisi isə Türkiyə-Azərbaycan qardaşlığını göstərmək və buradakı "Qalatasaray" azarkeşləri ilə görüşmək idi. Mükəmməl şəkildə keçdi hər şey. "Qarabağ"a təşəkkür edirəm. Stadionda iki komandanı da dəstəkləyən azarkeşlərə təşəkkürlər. Gözəl gecə idi. İki komanda da çox az zədə ilə oynadı. Oyunu dəyərləndirsək, matçın əvvəlindən sonuna qədər "Qarabağ"ı konsentrasiyası yüksək, matça daha hazır komanda kimi gördüm. Matça davamlı oynamayanlarla başladıq. Qələbə qazandıq. Buna görə də şadıq. Amma bayaq dediyim kimi, burada sizinlə birlikdə olmağımız üçün daha şad idik.

- Qardaşlıq matçı oldu. Amma dünən açıq məşqə gəlmədiniz, futbolçularınız da jurnalistlərlə görüşmək istəmədi..

- Bu, mənə aid məsələ deyil.

"Qalatasaray" iki il əvvəl Bakıya gəlmişdi. Pandemiyaya görə stadion boş idi. Fatih Terim söz vermişdi ki, başqa vaxt Bakıya gələcəklər. O sözü siz tutmuş oldunuz. "Qalatasaray" ildə 1-2 dəfə bura gələ bilər? Belə bir plan var?

- Bu gün başlanğıc oldu. Bundan sonra "Qarabağ"la olan dostluğumuz davam edəcək. Onlar da gələcək, biz də gələcəyik. Gec saatlarda gəldik Bakıya. Matça çıxanda nəticəni yox, birlik olduğumuzu göstərmək istədik. Bunun davam etməsini istəyirəm. Gözəl stadiondur, gözəl ot örtüyü var. Bu cür atmosferi tez-tez tapa bilməzsiniz. "Qalatasaray"da olduğum müddətdə bu dostluğu davam etdirmək istəyirəm.

- "Qarabağ"da diqqətinizi çəkən oyunçu oldu?

- "Qarabağ" çox yaxşı komandadır. Millidə də oynayanları var. Bizim də bir neçə oyunçumuz millidə idi. Bugünkü matçda özünü ön plana çıxaran çox oyunçu oldu. "Qarabağ"ı bəyəndim. Yaxşı baş məşqçiyə sahibdirlər. "Qarabağ"dan savayı başqa klublardan da gəlmiş oyunçular var idi. Çox yaxşı oynadılar. Yaxşı konsentrasiya olmuşdular. Avrokubok matçı oynayırmış kimi idilər. Biz eyni kosnentrasiyasını yaşaya bilmədik. "Qarabağ" isə bunu 100 faiz meydanda qoydu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right