Yanne Andersson: "Azərbaycanlı futbolçular yüksək texnikaya malikdirlər"

İsveç milli komandası Avro 2024-ün seçmə mərhələsi çərçivəsində sabah doğma meydanda Azərbaycan yığmasını qəbiul edəcək.

Newsport.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Skandinaviya təmsilçisinin baş məşqçisi Yanne Andersson açıqlama verib:

"Rəqib futbolçular yüksək texnikaya malikdirlər. Bu mənada, bizə çox çətin olacaq. Heç bir rəqibi zəif saymaq olmaz. Avstriya - Azərbaycan matçında hesab oyuna görə olmadı. İlk 20 dəqiqədə Azərbaycan millsi maraqlı oyun göstərirdi. Sadəcə, müdafiədə buraxılan səhvlərdən sonra futbolçular ruhdan düşdülər

Aleksander İsakın millidə hər oyunda qol vurmasını istəyirəm. Lakin o, sentyabrda zədələnmişdi və ilin sonuna qədər oynaya bilmədi. Onu çox yükləməməliyik. İsak hələ 100 faiz deyil. Sağlamdırsa, millini daşımağı bacaran futbolçudur. Dərin qaçışlar və arxadan hücum qurmaq prinsiplərimizdən biridir".

Qeyd edək ki, İsveç - Azərbaycan qarşılaşması sabah Bakı vaxtilə saat 23:45-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right