İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç evdə Azərbaycana qarşı keçirəcəkləri AÇ-2024-ün seçmə mərhələ oyunundan öncə danışıb.
Newsport.az-ın məlumatına görə, “Milan”ın formasını geyinən forvard Belçika ilə oyununu xatırlayıb:
“Sabahkı qarşılaşma tam fərqli olacaq. Kifayət qədər qol şanslarımızın olacağını düşünürəm. Şans hesabına belə olsa, qollar vurmaq lazımdır. Necə ki, Belçika seçməsi bunu bizimlə oyunda etdi”.
Martın 27-də Solna şəhərində keçiriləcək İsveç – Azərbaycan oyunu saat 22:45-də start götürəcək.